adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
26 Avqust 2021 21:00
653
İDMAN
A- A+

Konfrans Liqası: "Makkabi" - "Neftçi" - 4-0

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Sami Ofer" stadionunda keçirilən qarşılaşmanı  Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.

Oyunun 20-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu San Menaçem hesabı açıb.

Birinci hissənin əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Hayfa təmsilçisinin heyətində Ömər Atzili fərqlənib. "Neftçi" fasiləyə məğlub yollanıb - 2:0.

Meydan sahiblərinin heyətində Dolev Haziza 52-ci dəqiqədə penaltidən fərqlənməklə, 3-cü topu "Neftçi"nin qapısından keçirib.

69-cu dəqiqədə "Makkabi"nin oyunçusu Abu Bani daha bir top vuraraq fərqi 4-ə çatdırırlar.

Beləliklə, səfərdə 0:4 hesabı ilə uduzan “Neftçi” avrokuboklarla vidalaşıb.

adalet.az