adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Avqust 2021 13:52
35007
İDMAN
A- A+

BU XƏBƏRİ EŞİDİB O QƏDƏR SEVİNDİM Kİ…

Saytlarda oxudum ki, məşhur iş  adamı Nəsib Piriyevin oğlu İngiltərədə futbol klublarının  birini 560 milyon avroya  satın alıb. O qədər  sevindim ki,  görün xalqımızın oğullarının  səsi hardan gəlir?

Yeri gəlmişkən, keçmiş  Nəqliyyat Nazirliyinin keçmiş nazir müavini Hafiz Məmmədov da Fransada bir  futbol klubu  almışdı.  Sonra nə oldu, nə olmadı, nəinki o klub Bakıdakı «Bakı» komandası da əlindən  çıxdı və dağıldı.  Tikdirdiyi stadionun yerində indi hündürmərtəbəli evlər  tikiblər.

Nə isə, Allah hamının  işini  avand eləsin.

Mejduproçim, 560 milyon avroya Azərbaycanda  futbolu elə inkişaf etdirmək olar ki,  gedib Rio de Janeyroda  Braziliyanı  Azərbaycanın  indiki komandasının  gününə  sala bilərik.