adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyul 2021 12:50
77825
KRİMİNAL
A- A+

Bakıda keçmiş məhkum qadını qarət etdi

Bakıda küçədə qadını qarət edən keçmiş məhkum yaxalanıb.

Adalet.az-ın məlumatına görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 ABŞ dolları, sənəd və təqaüd kartı olan pulqabısının soyğunçuluq yolu talanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb.