adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2021 12:58
20028
MƏMLƏKƏT
A- A+

Belə haqsızlığa dözmək olmur - Səxavət Məmməd yazır

Hər mövzuda yazırıq, problemli olan sahələrə toxunuruq, cəmiyyət halına acıyırıq, mətbuatın halına ağlamaq yaddan çıxır. Azadlıqdan danışmağa belə dəyməz. Heç kimə sirr deyil ki, mətbuatın pulunu hökumət, nazirlər verir. Nazirdən pul alıb media rəhbərləri olanlar, cibini dolduranlar, göstərişsiz yazı verə bilməyənlər çıxıb nümunəvi olduqlarını iddia edir. Utanmasan oynamağa nə var.

Saytlara yazı girib çıxarılmaqdan mətbuatın petləsi dağılıb. Reklam bazarı yox, pul verənlər də, kəsintiyə gedib. Nə olacaq, necə olacaq? Əli Həsənovun vaxtında göbələk kimi artan saytlar indi peynindən baş qaldıra bilmir. Kənara yazı yazmaq olmur "düşmən dəyirmanı" deyirlər, yerli günü qurtarmağa çalışır, can verir.

Təzə qurum yaradıblar, vəsiqə üstünə düşüb. Mətbuatın ən sonuncu problemi vəsiqədir. Rabitə nazirliyi də əlinə alıb lisenziya çubuğunu, o şirkətin lisenziyası yoxdur reklamını vermə, bu şirkət dövlətin imicini zədələyir uzaq tut. Yaxşı jurnalistlər nə etsinlər? O olmaz, bu olmaz, bəs nə olar? Olar deyən biri yoxdur. Amerika standartlarına uyğun qanun yazırlar, Uqanda standartlarına uyğun maliyyə. Qızın iki adaxlısı, mətbuatın 50. Maliyyə bir, kuratoru 5, əmr verəni 15, zəng edəni 105. Kimi də dindirirsən, kiminsə adamıdı deyirlər. Ağzını açırsan qələm fahişələri tökülür. Belə mətbuatda var olmaqdansa, yox olmaq daha yaxşıdır. Eyvallah, sifarişlə yazmamışam, yazmayacam da. Leksikonumda tərif yoxdur. Harda işləməyimdən aslı olmayaraq öz xəttim olub. Kimsə dədəsinin sözünə baxıb, başın aşağı salıb işin görə bilər, mən böyüyün də, kiçiyin də sözünə qulaq asıb, öz bildiyini edən tipəm. Belə olmur. Belə haqsızlığa, çirkinliyə dözmək olmur.