SON DƏQİQƏ:

Nobelli Əziz Sancarın əsl mükafatı nə idi?

  19039   |  
Şriftin ölçüsü  

Nobel mükafatı ən məşhur mükafat olmağı ilə yanaşı, həm də haqqında birmənalı danışılmayan mükafatdır. Məsələn, Qandiyə verilməyən “Nobel” mükafatı Cənubi Amerikadan Vyetnama qədər dünyanın bir çox yerində axan qanların səbəbkarı olan Amerika Xarici İşlər naziri Kissincerə verilmişdi.

Bir Anadolu insanının bezmədən, yorulmadan işləməsini, bəşəriyyət üçün çalışmasınıƏziz Sancarın timsalında görə bilərik.

1946-cı il.

Bəşəriyyət II Dünya Müharibəsinin yaralarını hələ təzəcə sarımağa başlayıb. Əziz Sancar bu müharibədə iştirak etməsə də, onun yaratdığı çətinliklərdən nəsibini alan Türkiyənin Savur bölgəsində dünyaya gəldi.

Atası, anası ilə ərəbcə, qardaşları ilə türkcə danışırdı.

Anası Məryəm xanım yazma-oxumaq bilməsə də, təfəkkürü dar olmayan biri, atası Abdulqəni bəy ailəni dolandırmaq üçün əlləşib-vuruşan bir fermer idi.

Savurdakı orta məktəbdə Fransada təhsil almış müəllimdən fransızcanı öyrəndi.

Bugünün Türkiyəsində ən bahalı məktəblərdə verilən dil üzrə təhsil 1950-ci illərdə Mardində verilirdi.

Yeddi yaşında ikən futbolçu olmaq istəyirdi. Qapıçılıq arzusu var idi. Milli Yığmaya çağırılsa da, “boyum kifayət qədər uzun deyil” deyib imtina etdi.

Könlündə kimya üzrə oxumaq olsa da, dostlarının təkidi ilə tibb ixtisasına imtahan verdi və qəbul olundu.

1969-cu ildə İstanbul Universitetini bitirdi. Akademik təhsilə davam etmək istəsə də, müəlliminin tövsiyəsi ilə 15 yaşında tərk etdiyi Savura illər sonra həkim kimi qayıtdı. Xəstələri üçün dərman alır və bu dərmanları pulsuz paylayırdı.

İki illik həkimlik sınağından sonra bio-kimya təhsili üçün Amerikaya getdi. Amma ingiliscə bilmirdi. Mənəvi sıxıntıları çox oldu, amma usanmadı. Con Hopkins Universitetində keçən il yarımdan sonra Türkiyəyə qayıtdı. Mənəvi sıxıntılardan qurtulmaq üçün psixoloji müalicə aldı. Sonra yenidən Texasda DNT təmirini kəşf edən Klaud Rubertin çağırışı ilə Texasa yollanır və yenə Amerika macərası başladı.

Pulsuz-parasız günlər yaşayırdı. Laboratoriyada yatıb-durur, yanğın söndürən xortumla duş qəbul edirdi. Və bütün əziyyətlərin müqabilində ilk kəşfini etdi. Fotoliaz adı verilən bir geni çoxaltdı və genin şifrələdiyi fermentlə DNT hüceyrələrində təmiri bacardı. Bunun sayəsində isə genetik mühəndisliyini Amerikada inkişaf etdirənlərin siyahısına adını yazdırmağı bacardı.

Əziz Sancarın işdən baş qaldırıb sosial həyata qaynayıb-qarışmağa vaxtı, enerjisi bir o qədər də qalmırdı. Amma elm adamı olmaq uğrunda gedən mübarizənin, əməyin sayəsində 1977-82-ci illər arası Amerikanın Yel Universitetində işləməyə başladı.

DNT təmiri sahəsində dosentlik tezisini tamamladı.

DNT bərpa,hüceyrə sıralaması,xərçəngin müalicəsi və bioloji saatla əlaqədar işlərinə davam edən Sancar,415 elmi məqalə və 33 kitab nəşr etdirdi.

Sancar sirkad saatını xərçəngin müalicəsində istifadəsinə görə mükafatlar aldı.

2001-ci ildə Amerika Kimya Cəmiyyəti tərəfindən verilən “Şimali Karolina Seçilmiş Kimyaçı” mükafatına layiq görülən Sancar 2005-ci ildə elmi dünyasının ən prestijli mərkəzlərindən biri olan ABŞ Milli Elmlər Akademiyasına seçildi və bu akademiyaya seçilən ilk Amerikalı türk oldu.

Bu mükafatı aldıqdan sonra, ABŞ-da təhsil alan Türk tələbələrə kömək etmək və Türk-Amerika əlaqələrini inkişaf etdirmək üçün həyat yoldaşı ilə birlikdə Aziz & Qven Sancar Vəqfini quraraq ABŞ-ın Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaratdı.  2006-cı ildə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçildi.

Təbii ki, bu qədər mükafat, uğur nəticəsiz qalmayacaqdı. Onu digərlərindən ayıran bir fərqi olacaqdı.

2015-ci ildə Kimya üzrə Nobel mükafatına Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görüldü. Bu üç tədqiqatçı 30 ildən çox bir müddərdə müstəqil olaraq,əsasən bakteriya hüceyrələri üzərində işləyirlər. Sancar nükleotid kəsikli təmir sahəsində ixtiralar etdi,Tomas Lindal və Pol Modriç isə kəsiklərin və uyğunsuzluqların düzəldilməsi kimi digər DNT təmiri mexanizmlərini kəşf etdilər. Onların işıqlandırdıqları əsas mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə nümayiş olundu.

Əziz Sancar 19 may Nobel mükafatının və sertifikatının sərgilənməsi üçün Anıtkabirə verdi.

“Bu mükafatı verməklə Atatürkə və Atatürkün silahdaşlarına, Türkiyəni quranlara vəfa borcumu ödəyirəm. Və bu fürsəti mənə verdiyi üçün Allaha şükr edirəm”.

Büstləri düzəldildi. Adına pul çıxarıldı. Adı bir çox məktəb laboratoriyaya verildi. Amma bunların heç biri onun əsl mükafatı deyildi. O, əsl mükafatını türk gənclərindən alacaqdı.

“Mən Nobeli almasaydım da, oradakı kəşflər 100 il sonra yenə də dərs kitablarında olacaq. Yüz il sonra bir türk gənci oxuyacaq - “Bunu 1981-də, 1992-də Əziz Sancar kəşf etdi”

 

Dilimizə uyğunlaşdıran: Eminquey

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK