SON DƏQİQƏ:

Milli Məclisdən xarici deputatlara Xocalı çağırışı

  16005   |  
Şriftin ölçüsü  

Milli Məclisin deputatları xarici ölkələrə səfərləri zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində, o cümlədən, pandemiya ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən görüşlərdə iştirak edərkən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Xocalı soyqrımı haqqında faktların geniş yayılması istiqamətində məqsədyönlü iş görürlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə olunur.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az -a bildirilib ki, faciənin 29-cu ildönümü ərəfəsində xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri Xocalı soyqrımı haqqında həmkarlarına geniş məlumat verir, onları bu soyqrıma ədalətli münasibət bildirməyə çağırırlar.

"Son günlərdə bu məqsədlə İordaniya, İsrail, Meksika, Peru, Əfqanıstan, Estoniya, İndoneziya, Bosniya-Hersoqovina və digər ölkələrin parlamentlərarası dostluq qrupları ilə keçirilən onlayn görüşlərdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib. Məqsəd bu soyqırımı haqqında həqiqətlərin daha çox ölkələrin ictimaiyyətinə çatdırılması və milli parlamentlər tərəfindən faciəyə ədalətli hüquqi-siyasi münasibətin bildirilməsidir. İnanırıq ki, faciəni törədən, dinc insanları qətilə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verəcəklər", - parlamentdən bildirilib.

Nicat Novruzoğlu
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK