adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Fevral 2021 15:29
33434
ELM VƏ TƏHSİL
A- A+

Kamran Əsədov: Tələbələr imtahana necə gedəcək?

DİM 28 fevralda magistraturaya qəbul imtahanını keçirəcək. Məlumdur ki, karantin səbəbindən şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.

19 mindən artıq bakalavr da sənəd verib, imtahanda iştirak edəcək. İndi bu qədər insan imtahana necə gedəcək? Tutalım getdi, telefonla imtahanda iştirak edə bilməz. Gərək telefonu saxlamağa özü ilə bir də əlavə şəxs aparsın.

Taksi çıxış yolu deyil. Çünki adi şənbə və bazar günləri taksi tapmaq mümkün deyil.

Çünki imtahanda telefonu saxlamaq üçün yer olmur.

İnanıram ki, müvafiq qurum bu şənbə və bazar günləri ictimai nəqliyyatın işləməsi üçün müraciət edəcək.

Mütləq şəkildə bu həftənin şənbə və bazar günləri ictimai nəqliyyat işləməlidir.