SON DƏQİQƏ:

İsmayıllı sakininin evindən narkotik və silah götürüldü - FOTO

  32138   |  
Şriftin ölçüsü  

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və müvafiq sənədləri olmadan odlu silah saxlayan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Niyaz Adıgözəlov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan üç ədəd kağız bükümdə 1,6 qram qurudulmuş marixuana aşkar olunub. Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan şüşə qablarda, karton qutularda və sellofan torbalarda çətənə bitkisindən kustar üsulla hazırlanmış, ümumi çəkisi 3 kiloqram 511 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19
2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK