adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Yanvar 2021 15:17
52448
KRİMİNAL
A- A+

Polis Bakıda əməliyyat keçirdi, narkotik alverçiləri yaxalandı

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı 60 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Qaraçuxur qəsəbəsindəki mənzilinə baxış zamanı isə 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Babayev Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzildən 1 kiloqram 780 qram heroin, 560 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı götürülüb.