SON DƏQİQƏ:

“Dağlıq Qarabağa muxtariyyət verilməməlidir” - MÜSAHİBƏ

  51171   |  
Şriftin ölçüsü  

“Ermənistan rəsmilərinin məsələyə münasibəti həqiqət mənzərəsinin təhrifidir və həqiqət mənzərəsinin təhrif olunduğu nəyisə müzakirə etməyə dəyməz. Ermənistan bu dəqiqə batmaqda olan və saman çöpündən yapışmış bir adamı xatırladır. Ona görə də, bütün vasitələrdən istifadə edir ki, Azərbaycan tərəfinin əks-həmlə əməliyyatlarının qarşısını alsın”. “Ədalət” qəzetinin qonağı media eksperti, politoloq Anar Həsənovdur.

-Rusiya telekanalında etdiyiniz bir çıxış var ki, cəmiyyətdə səs-küyə səbəb olub: “Qarabağ Azərbaycanındır!” Söhbətə elə həmin çıxışınızdan başlayaq...

-İlk olaraq onu deyim ki, artıq 20 ildir ki, Rusiyada yaşayıram. Moskva Dövlət Universitetinin məzunuyam, filologiya elmləri namizədiyəm, Rusiya ali məktəblərindən birində jurnalistika fənnlərindən dərs deyirəm, böyük pedaqoqam. Çıxışıma gəldikdə isə söyləyim ki, Qarabağ mənim üçün həm milli məsələdir, həm də elm predmetidir. Elm predmetidir, ona görə ki, mənim diplom işim “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin post-müharibə dövrünün KİV-də işıqlandırılması” olub. Hətta bu məqsədlə Moskvada təhsil aldığım müddətdə bir il erməni dilini öyrənmişəm. Qarabağ məsələsinə mənim münasibətim elmi yanaşmadır. Qarabağ probleminin köklərini, səbəblərini elm predmeti olaraq öyrənmişəm. Həmin çıxışımda olan tezislər elmlə bağlı olan tezislərdir. Sözsüz ki, emosional bir görüntü var, amma o fikirlərin hər biri elmə dayanır. Rusiya cəmiyyətində tanınan bir adam olduğum üçün 1-ci kanaldan mənə zəng edib qonaq kimi dəvət etdilər. Efirdə heç bir məhdudiyyət olmadığı üçün mən də həmin fikirləri səsləndirdim: “Qarabağ Azərbaycanındır! Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Xankəndi Ermənistanın ərazisi deyil, Azərbaycanındır”.

“Azərbaycan Dağlıq Qarabağ adında qondarma rejimi tanımır”

-Tamamilə doğru deyirsiniz, Qarabağ Azərbaycanındır! Bax elə Qarabağ problemi ilə bağlı sizin fikirlərinizi bilmək mənə maraqlı olardı. O fikirlərinizi ki, onlar elmi əsaslandırılmış faktlardır...

-Ermənistan-Azərabaycan münaqişəsi bir dövlətin başqa bir dövlətə ərazi iddiaları səbəbindən baş vermiş münaqişədir. Bu münaqişənin kökündə bir məsələ dayanır, Ermənistanın Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları. “Dağlıq Qarabağ xalqı” anlayışı bir görüntüdür ki, Ermənistan ideoloqları tərəfindən düşünülüb. Bu anlayışın ortalığa atılmasının da başlıca səbəbi ermənilərin ərazi iddialarını gizlətməsidir. Müharibənin bir səbəbi var, Azərbaycan torpaqları hesabına Ermənistan öz ərazilərini genişləndirmək istəyirdi və biz buna imkan vermədik. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı onu söyləyə bilərəm ki, bütün torpaqlar işğaldan azad olunmalı və Dağlıq Qarabağa heç bir muxtariyyət verilməməlidir. Ermənilər Azərbaycanda yaşayan digər xalqlar kimi yalnız hüquqlarla təmin olunmalıdır. Hesab edirəm ki, münaqişə həll edildkdən sonra Qarabağa yeni yanaşmalar tətbiq edilməlidir: “Azərbaycan Respublikasının Qarabağ regionu”. Yəni “Dağlıq Qarabağ Muxtar Vilayəti” anlayışı silinməlidir.

Bu gün görünən mənzərə odur ki, Ermənistan-Azərbaycan münaqişəsinin bir həlli var, Ermənistan silahlı qüvvələrinin tərk silah edilməsi və Ermənistanın kapituliyasi aktını imzalaması. Paşinyanın son çıxışında bildirdi ki, erməni əsgərləri Azərbaycan ərazisində müharibə aparır. Azərbaycan Dağlıq Qarabağ adında qondarma rejimi tanımır, tanımayacaq, buna görə də münaqişənin bir həlli var, ermənilər tərk-silah olunmalıdır, Azərbaycanın ərazilərinə hansısa bir iddialarının olmadığına dair sənədə imza atılmalıdır.  

“Ermənistan həmişə 2 kartdan istifadə edib”

-Yəqin ki, Ermənistanın xarici işlər nazirinin CNN-dəki rəzil müsahibəsinə baxmısınız...

-İstər Ermənistan xarici işlər nazirinin, istərsə də baş nazirinin çıxışlarında tez-tez ziddiyətli məqamlarla rastlaşırıq. Hələ 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Amma bu çıxışdan 1 həftə sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan isə söyləmişdi ki, masa arxasında qondarma Dağlıq Qarabağ rejimi iştirak etməlidir. Hər iki bəyənat bir-birini təkzib etmişdi və belə bir fikir formalaşmışdı ki, onlar mövqelərini heç razılaşdırmırlar. Ermənistan həmişə 2 kartdan istifadə edib: “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və Dağlıq Qarabağa azadlıq”. Bu 2 kartdan zaman-zaman istifadə edib. Hələ 1988-89-cu illərdə Dağlıq Qarabağa azadlıq yox, onun Ermənistana birləşdirilməsi gündəmdə idi. Hətta bununla bağlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki deputatlar məsələni səsə qoymuşdu. Baxmayaraq bu səsvermə qeyri-leqal olub SSRİ qanunvericiliyinə zidd idi, amma Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilmişdi. Hətta 1989-cu ildə Sovet Ermənistanı parlamenti həmin qərara uyğun olaraq Dağlıq Qarabağın Ermənistana birləşməsini əks etdirən qərar da qəbul etmişdi. Dünya ictimaiyyətinin təpkisi və Azərbaycan tərəfinin etirazından (Azərbaycan dünyaya həqiqətləri çatdırmışdı ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var) sonra Ermənistan tərəfi demişdir ki, Dağlıq Qarabağ müstəqil olmalıdır. Ermənistan həmişə bu manevrlərdən istifadə edib. Amma artıq həmin dövr keçmişdə qalmışdır və Azərbaycan əsgəri öz sözünü deyir. Ermənistan rəsmilərinin məsələyə münasibəti həqiqət mənzərəsinin təhrifidir və həqiqət mənzərəsinin təhrif olunduğu nəyisə müzakirə etməyə dəyməz. Ermənistan bu dəqiqə batmaqda olan və saman çöpündən yapışmış bir adamı xatırladır. Ona görə də, bütün vasitələrdən istifadə edir ki, Azərbaycan tərəfinin əks-həmlə əməliyyatlarının qarşısını alsın.

-Ermənilər bu gün Azərbaycanın dinc əhalisini də atəşə tutur. Bir az da bundan danışaq...

-Bilirsiniz ki, Rusiya kanallarında da ermənilərin Gəncədə törətdiyi terror aktlarını göstərildi. Eləcə də digər ərazilərimizdə dinc əhaliyə qarşı edilənlər göstərilir. Xankəndindən Azərbaycanın hər hansısa bir rayonu raket atəşinə tutulur. Bax bu hərbi cinayətdir. İstər Ermənistanda, istərsə də Qarabağda olan Ermənistanın silahlı qüvvələrinin dinc əhalini atəşə tutması cinayətdir. Elə Gəncə terroru üzərindən deyim. Baxın, Gəncə hərbi münaqişənin aparıldığı ərazilərdən uzaqdadır. Bu baxımdan ora raket atılması təcavüz cinayətidir.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11, 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK