adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Oktyabr 2020 09:36
20648
SAĞLAMLIQ
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 43 milyona yaxınlaşıb - STATİSTİKA

Dünyada 42 925 517 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Adalet.az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 1 154 770 xəstə ölüb, 31 667 125 nəfər sağalıb.

Asiyada 13 071 757, Şimali Amerikada 10 576 074, Cənubi Amerikada isə 9 327 961 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayı 1 milyonu keçən dövlətlər ABŞ (8 827 932 nəfər), Hindistan (7 863 892 nəfər), Braziliya (5 381 224 nəfər), Rusiya (1 497 167nəfər), İspaniya (1 110 372 nəfər), Fransa (1 086 497nəfər), Argetina (1 081 336 nəfər) və Kolumbiyadır (1 007 711 nəfər).

İranda 562 705, Türkiyədə 359 784, Ermənistanda 75 523, Gürcüstanda isə 26 503 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 49 013 nəfərin 664-ü ölüb, 41 051-i sağalıb.