SON DƏQİQƏ:

Göygöldə ər və arvada qarşı silahlı hücum edən şəxslər saxlanıldı

  53576   |  
Şriftin ölçüsü  

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus evə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən, ev sakinlərinə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə sentyabr ayının 26-sı səhər saatlarında rayonun Qızılqaya qəsəbə sakini Fikrət Əliyev RPŞ-yə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini, özünə və yoldaşı - İradə Əliyevaya bıçaqla çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra 600 manat nəğd pul, bir ədəd mobil telefon və digər əşyaları götürüb qaçdıqlarını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin əvvəllər dəfələrlə məhkum olunmuş Həmid Abdullayev və Azər Səmədov olduqları müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf edərək əvvəlcədən planlaşdırdıqlarını bildirərək hadisənin törədilməsində istifadə olunan 1 ədəd tapançaya bənzər alışqanı istintaqa təqdim ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK