SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: PREZİDENTLƏ XALQ BİRLİYİNİN NÜMUNƏSİ

  55437   |  
Şriftin ölçüsü  

İnsan həyatı və onun sağlıq durumu hər şeydən vacibdir. Elə əslində sağlıq durumunun özü də həyatı mənalandırır, onun dəyərini önə çıxarır. Bu mənada artıq dünyanı cənginə almış, bəşəriyyəti öz xofuna bürümüş virus - COVİD-19 insanların həyat tərzini də dəyişibdir. Onun əhatə və təsir gücü o qədər böyükdür ki, onu görməmək, hiss etməmək mümkün deyil. Bax, elə bu COVİD-19-un dünyanı cənginə alması bizim də bir dövlət, bir xalq olaraq toparlanmamıza, həyatımızı yeni axara yönəltməyimizə səbəb olubdu. Təbii ki, bu hər bir fərdin təkcə öz qərarı yox, həm də dövlətin, Azərbaycan iqtidarının ölçülüb-biçilmiş, qabaqlayıcı tədbirlər planının göstəricisidir.

Ötən ilin dekabr ayının 31-də dünyada yeni virusla bağlı ilk informasiyalar yayıldı. Belə ki, planetdə mövcud olan 7 milyarddan artıq əhalinin təxminən 4 milyardı bu virusun yaratdığı bəladan qorunmaq üçün özünə qapanmağa, evdə qalmağa məcbur oldu. Özü də maraqlı burasıdır ki, yayılan virus dövlətlərin inkişaf səviyyəsinə, xalqların intellektinə heç bir əhəmiyyət vermədən, necə deyərlər, hər kəsə eyni sürət, eyni təzyiq, eyni yanaşmayla gücünü göstərdi. Bir az da açıqlasam, inkişaf etmiş dövlətlərə - Avropa, Amerika ilə yanaşı, Asiyanın, Afrikanın, Astraliyanın, hər yerində insanları yaxalamağa, onların həyatını qaraltmağa başladı. Məhz pandemiyanın bu surəti bütün ölkələri ayağa qalxmağa, bir araya gəlməyə məcbur etdi. Artıq ölkə rəhbərləri, dövlət başçıları çalınan həyəcan təbilindən vəziyyətin nə qədər ciddi olduğunu qiymətləndirməyə başladılar.

Təbii ki, bu məqamda hadisələrə ən ciddi reaksiyanı Azərbaycan Prezidenti, Azərbaycan hökuməti verdi. Cənab prezidentimiz İlham Əliyevin təşəbbüsüylə məsələni ən yüksək səviyyədə müzakirə edib Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Prezidentimiz xalqa müraciət etdi. Öz müraciətində ölkə başçısı vurğuladı ki, "İnsanlarımızın sağlamlığını qorumaq məqsədilə biz məhdudlaşdırıcı tədbirlər görməyə məcburuq. Bu tədbirlər hər bir insanın evdə qalmağına, özünün və ailəsinin sağlamlığını qorumaq üçündür. Dövlət bu məqsədlə lazım olan bütün addımları atacaq və insanlarımızın indiki ağır durumdan çıxmasında yanında olacaqdır”.



Prezidentimiz İlham Əliyevin dövlət televiziyası ilə xalqa etdiyi müraciətdən sonra bütün dövlət qurumları hərəkətə keçdi. Qısa müddətdə 20-dən artıq dövlət xəstəxanası koronavirus xəstələrinin istifadəsinə verildi. Qeyd etmək lazımdır ki, ölkə prezidenti "Mir” Televiziya Kanalına müsahibə verərkən mövcud şəraiti qiymətləndirərək vurğulamışdı ki, "Bu yaxınlarda 525 pasiyent üçün nəzərdə tutulan müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əmək haqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür... 160 mindən çox test keçirilib. Və əhalinin bir milyon nəfərinə düşən sayına görə, Azərbaycan ön sıradadır” .

Hər kəsin gözü önündə həyata keçirilən tədbirlər, yəni əhalinin qoruyucu vasitələrlə təminatı sahəsində qısa vaxtda gerçəkləşdirilən işlər – Sumqayıtda maska istehsal edən müəssisənin, modul tipli xəstəxanaların açılışı, xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi, onların normal karantin şəraitində müayinə və müalicəsi birbaşa həm ölkə Prezidentinin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarəti altında görülən işlərdir. Elə atılan bu addımların nəticəsidir ki, ölkənin hər yerindən sıravi Azərbaycan vətəndaşları özünün qarantı olan prezidentinə və vitse-prezidentinə təşəkkür məktubları ünvanlayır. Bu, xalqla prezidentin birliyinin bariz nümunəsidir.

COVİD -19-un əhatə etdiyi dünya arenasında virusdan ölənlərin sayının artdığı bir vaxtda Azərbaycanda görülən tədbirlər əhalimizin qorunmasında öz sözünü dedi. Amerika, Rusiya, Çin, Almaniya, İtaliya, İspaniya, İran, eləcə də qardaş Türkiyədə vəziyyətin nə qədər ciddi olduğu ölüm sayının necə sürətlə artdığı bir məqamda Azərbaycan Prezidenti təşəbbüs göstərərək Qoşulmama Hərəkatının Təmas Qrupu formasında Zirvə görüşü təşəbbüsüylə çıxış etdi. Və video-konfrans vasitəsilə bu dövlətlərin, eləcə də beynəlxalq təşkilatların diqqətini pandemiyaya yönəltdi. Öz çıxışında Azərbaycan prezidenti vurğuladı ki, "COVİD-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmamaq və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik”.

Həqiqətən də cənab İlham Əliyevin bu həyati gerçəkliyi ifadə edən gerçək fikri hər kəs tərəfindən birmənalı şəkildə qarşılandı. Çünki Azərbaycan hökuməti öz əhalisi ilə yanaşı, həm də Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ianə ayırdı ki, həmin vəsaitin də Afrika, Asiya və Latın Amerikası regionları qrupundan olan üzv ölkələr üçün nəzərdə tutulub. O ki, qaldı ölkəmizin daxilində görülən işlərə, təkcə cənab Prezidentin tapşırığı ilə iqtisadi sabitliyi təmin etmək üçün 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Və 900 mindən çox işçinin əmək haqqı tam həcmdə saxlanılıbdı. Əgər həyata keçirilən sosial-iqtisadi tədbirlərə bir az da dərindən nüfuz etsək, onda görərik ki, ölkədə 600 min nəfərdən artıq aztəminatlı vətəndaşımıza 2 ay ərzində yaşayışın minimum həcmində vəsait ödənilib. Vergi ödəyicilərinə isə 2021-ci ilin yanvarın 1-dək olan müddətə vergi güzəştləri və vergi tətilləri elan olunubdu. Burada bir məqamı da xatırlatmaq yerinə düşər ki, ölkədə həyata keçirilən tədbirlər bütün regionları, bütün kənd və qəsəbələri əhatə edir. Xüsusilə sərhəd bölgələrimizdə, keçid məntəqələrində virusla əlaqədar olaraq daha ciddi və sərt tədbirlərə üstünlük verilib. Bu da təbii ki, insanlarımızın sağlamlığının təminatı üçündür.

Elə bu günlərdə ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi paytaxtımızın yeni səhiyyə ocaqlarından biri olacaq sahəsi 3000 kv.metr olan modul tipli kompleks 1 saylı klinik tibbi mərkəzin nəzdində fəaliyyət göstərəcək. Sürətlə, yəni 3 həftə ərzində tamamlanan bu kompleks bütün zəruri avadanlıq və sistemlə təmin edilib. Yeni kompleksin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti vurğulayıb ki, "Əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən, xaindir! Bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətlərinə nə demək olar? Ancaq xəyanət! Mən demişəm və bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə də bu adamların cəzalandırılması qaçılmazdır”.

Həmin tədbirin televiziyada yayımını izləyərkən bir vətəndaş kimi Azərbaycan Prezidentinin necə kəskin çıxış etdiyini, necə qəti mövqe nümayiş etdirdiyini hiss etməmək mümkün deyildi. Bu bir daha onu göstərirdi ki, ölkə rəhbəri COVİD-19-a qarşı mübarizədən öz məqsədləri üçün istifadə edənlərə qarşı çox qətiyyətli bir mövqe tutub. Yəni o, xidməti olanları da bu cür əməllər törətdikdə bağışlamır. Ona görə ki, söhbət Azərbaycan xalqından, onun sağlıq durumundan gedir. Axı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında Heydər Əliyev Fondunun Azərbaycanın aztəminatlı, imkansız ailələrinə əl uzatdığı hər kəsə məlumdur. Bu gün həmin tədbir daha geniş coğrafiyada həyata keçirilir. İnsanlara göndərilən yardımlar, onların güzəranına müsbət təsir etdikcə, həm vətəndaşın dövlətinə inamı artır, həm də özünəgüvəni bərpa olunur.

Heç də təsadüfi deyil ki, prezidentimizə və vitse-prezidentimizə ünvanlanan təşəkkür məktublarında da məhz bir məqam xüsusi qeyd edilir. O da dövlət rəhbərliyinin hər bir hadisəyə, hər bir məsələyə dərhal reaksiya verməsi, dərhal tədbir görməsidir. İnsanların müraciətləri vaxtında araşdırılır. Onlar üçün tətbiq edilən güzəştlərin əhəmiyyəti adamlara çatdırılır. Və vətəndaş əmin olur ki, evdə qalıb sağlamlığını qoruyanda o, iş yerini itirməyəcək, o, ac qalmayacaqdır! Çünki onun arxasında jurnalist həmkarlarımdan birinin vurğuladığı kimi, dünyanın ən qətiyyətli, ən səmimi Prezidenti dayanıbdır. Deməli, kabus kimi başımızın üstünü alan pandemiya bu gücün, bu iradənin qarşısında heç nə edə bilməz.

Həyatımızın ən önəmli sahələri təbii ki, təhsil, nəqliyyat, mədəniyyət, səhiyyə və digərləridir. Məhz ölkə prezidenti dövlətin bütün gücünü qorumaq, bütün nüfuzunu saxlamaq üçün həm vurğuladığım sahələrə, həm orduya, polisə, həm də digər güc strukturlarına da COVİD-19-la mübarizədə zəruri olan tədbirləri görmək, diqqəti ayırmaq, yardım etmək işlərini plana uyğun şəkildə gerçəkləşməsində öz göstərişini veribdi. Ona görə də birbaşa insanların keşiyində dayanan səhiyyə və polis əməkdaşları hər addımda vətəndaşların yanındadır. Düşünürəm ki, bu gün xalqının, ölkəsinin sağlığını və nüfuzunu bütün gücüylə qorumaq yolunda ən zəruri addımları atan Azərbaycan Prezidenti dünyaya bir nümunə göstərib. O da vaxtında və düzgün qərarlar qəbul etmək, qabaqlayıcı tədbirlər görmək və hər bir addımın xalq naminə atılmasıdır. Biz bu gün xalq naminə atılan addımın leytmotivi olan "Evdəqal”ın nəticəsində artıq karantinin birinci mərhələsindən yumuşaldılmış mərhələsinə keçmişik. Həyat yenidən öz axarına qayıdır. Amma dövlətin və Prezidentimizin nəzarəti altında!

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK