SON DƏQİQƏ:

Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu

  7147   |  
Şriftin ölçüsü  

Bu günlər Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman cərrah-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanda ilk dəfə qaraciyər transplantasiya əməliyyatını icra edən Mircəlal Kazıminin yanına çox əziz bir adam – vaxtı ilə pasiyenti olmuş bir gənc - 2017-ci il yanvar ayının 18-də böyrək köçürülmüş Müseyib Əlizadə qonaq gəlib. O, bu il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, arzusunda olduğu Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olunub və bu sevinci 3 il əvvəl ona sağlamlıq bəxş etmiş sevimli həkimi ilə bölüşmək üçün gəlib...

Dr. Mircəlal Kazımi qeyd edib: "Müseyib xəstəxanaya daxil olanda 14 yaşı var idi. O, 6 ay idi ki, hemodializ alırdı. Böyrək çatışmazlığından əziyyət çəkən Müseyibin vəziyyəti ürəkaçan deyildi: həmyaşıdları ilə ünsiyyətdə ola bilmir, dərslərinə davam etmirdi. Yeganə çıxış yolu, yəni onun həyatda qalma şansı böyrək transplantasiyası əməliyyatı idi. Atası öz böyrəyini ona verdi və biz orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirdik. Hazırda Müseyib tələbə adını qazanıb və bu xəbər bizim komandamızı çox sevindirir. Bu münasibətlə biz onu təbrik edir, dərslərində müvəffəqiyyətlər və ən əsası - möhkəm can sağlığı arzu edirik.

3 il əvvəl böyrək çatışmazlığından əziyyət çəkən və əməliyyat olunan Müseyib Əlizadənin tələbə adı qazanması bir daha onu təsdiqləyir ki, böyrək transplantasiyası əməliyyatı insan həyatını xilas edən əməliyyatdır, onun yaşaması üçün bir şansdır. Bu əməliyyatdan sonra pasiyentlər normal həyata qayıdır və cəmiyyət üçün faydalı bir fərdə çevrilirlər”.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK