“Kanal 13”ün aparıcısı HƏBS EDİLDİ - YENİLƏNİB

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs olunub.
Adalet.az xəbər verir ki, o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə məsuliyyətə cəlb olunub.
***
15:58
"Kanal13"ün aparıcısı Rüfət Muradlı saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun hazırda Xətai Rayon Məhkəməsinə aparıldığı deyilir.
Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Digər Xəbərlər

"Hazırda respublikanın 4 prokuroru qadındır" - Komitə sədrinin müavini

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - YENİLƏNİB

Məhkəmə Tofiq Yaqublu barədə QƏRAR VERDİ

Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib

Baş Prokurorluq və DİN Gəncədə 18 yaşlı gəncin ölümü ilə bağlı birgə məlumat yayıb

“Tərtər işi” ilə bağlı bir qrup şəxs Ali Məhkəməyə müraciət edib

Həyat yoldaşını və qayınatasını öldürən şəxsə HÖKM OXUNDU
