"Hazırda respublikanın 4 prokuroru qadındır" - Komitə sədrinin müavini

"Prokurorluq orqanlarında müəyyən vəzifələrə qadınlar təyin olunub. Əvvəllər prokuror deyəndə gözümüzdə kişi canlanırdı. Amma indi respublikanın 4 prokuroru qadındır. Bu da Baş prokuror Kamran Əliyevin bu mövzuya özünün çox müsbət münasibətidir. Çox yaxından əməkdaşlıq edirik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
Komitə sədrinin müavini bildirib ki, Daxili İşlər Nazirliyində qadın işçilərin sayı artıb və müəyyən rəhbər strukturlarda irəli çəkiliblər: "Məhkəmə strukturunda qadınların sayı artıb. Daxili işlər orqanlarında xidmətə qəbul olunan qadın əməkdaşların sayı 1,6 faiz artıb. Məhkəmə sisteminə daxil olan məhkəmələrdə hakim korpusunun ümumi sayının 26,1 faizi, məhkəmə aparat işçilərinin 53 faizi qadınlardır. Qadın vəkillərin sayının 8,5 faiz artması var".
Digər Xəbərlər

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - YENİLƏNİB

Məhkəmə Tofiq Yaqublu barədə QƏRAR VERDİ

Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib

Baş Prokurorluq və DİN Gəncədə 18 yaşlı gəncin ölümü ilə bağlı birgə məlumat yayıb

“Tərtər işi” ilə bağlı bir qrup şəxs Ali Məhkəməyə müraciət edib

Həyat yoldaşını və qayınatasını öldürən şəxsə HÖKM OXUNDU

Axtarışda olan Xalid Tağıyevin cinayət işi məhkəməyə göndərildi
