"Tottenhem" Avropa Liqasının QALİBİ OLDU

UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.
Adalet.az xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.
Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.
Digər Xəbərlər

Avropa Liqasının mükafatlandırma mərasimində biabırçılıq

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib - FOTO/VİDEO

Alleqri "Napoli"nin sükanı arxasına keçə bilər

Avropa Liqasında final günüdür - "Yunayted" "Tottenhem"lə üz-üzə

Yamal Messinin 10 nömrəli formasını geyinəcək

Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb

"İnter" və "Napoli" xal itirdi - Çempion son turda bəlli olacaq
