Əfqanıstanın Tehrandakı səfirliyi Talibana təhvil verildi

Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.
Adalet.az xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.
Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam edəcəyini bildirib .
Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaldıblar. Ötən il Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri Talibana təhvil verilib.
Əfqanıstan səfirliklərində əvvəlki Əfqanıstan hökuməti tərəfindən təyin edilmiş diplomatlar var.
Dünyanın heç bir ölkəsi, o cümlədən öz ölkələrindəki səfirlikləri Talibana təhvil verən ölkələr də bu günə qədər Taliban administrasiyasını, tanımayıb.
Taliban Əfqanıstan administrasiyasına 2021-ci il avqustun 15-də gəlib.
Digər Xəbərlər
04 Sentyabr 2025 17:49 Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub
04 Sentyabr 2025 12:53 “Putin sadəcə Texas ştatının qubernatorudur“ - Rutte
04 Sentyabr 2025 12:21 ABŞ Avropanı Hindistana qarşı sanksiyalara qoşulmağa çağırdı
04 Sentyabr 2025 12:16 Portuqaliyada matəmdir
04 Sentyabr 2025 10:56 Tramp: Putin və Zelenski hələ danışıqlara hazır deyillər
04 Sentyabr 2025 10:00 Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş etdi
04 Sentyabr 2025 09:40 "Minsk qrupunun buraxılması qərarını haqlı sayırıq" - Rusiya XİN
04 Sentyabr 2025 09:00 

Bakı -°C 






