"TikTok"da dələduzluq edən qadın saxlanıldı

Vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, o, “TikTok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib.
Saxlanılan şəxs əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib. Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu dələduzluqla ələ keçirib.
Faktla bağlı Oğuz rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
N.Məhərrəmovanın analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.
Digər Xəbərlər

Beyləqanda güllələnən şəxslərin kimliyi bilindi - YENİLƏNİB

Avtoxuliqanlıq edən sürücülər həbs olunub - VİDEO

Bakıdan rayona qonaq gedən 32 yaşlı kişi öldürüldü - Qayınatası tutuldu

Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi - Qardaşı saxlanıldı

Bakıda evlərə girməyə çalışan qadının kimliyi bilindi - VİDEO

Təqsirləndirilən şəxs Vardanyanın silahlı birləşməsinə qoşulduğunu etiraf edib

Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı
