Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi - Qardaşı saxlanıldı

Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Adalet.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Bakıda evlərə girməyə çalışan qadının kimliyi bilindi - VİDEO

Təqsirləndirilən şəxs Vardanyanın silahlı birləşməsinə qoşulduğunu etiraf edib

Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı
