Rezidenturaya qəbul imtahanı ilə bağlı VACİB XƏBƏR
Mayın 3-ü Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.
Bu barədə Adalet.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda 1702 namizəd iştirak edəcək: "Onlardan 1308 nəfər Azərbaycan, 394 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 700 nəfəri oğlan, 1002 nəfəri isə qızdır. 301 nəfər cari ilin, 760 nəfər əvvəlki illərin məzunudur. 641 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 21 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
Digər Xəbərlər
30 Aprel 2026 11:21
“Məktəb nizamının pozulmasının birbaşa cəmiyyətə mənfi təsiri danılmazdır”
30 Aprel 2026 11:06
Günay Əfəndiyeva Ankarada görüşlər keçirdi
30 Aprel 2026 11:04
Ədliyyə Nazirliyi Azərbaycan Universitetində infosessiya keçirib
30 Aprel 2026 09:55
Qəbul imtahanı üçün qeydiyyat bitib
29 Aprel 2026 17:03
Bu məktəblərdə sertifikasiya tətbiq olunacaq
29 Aprel 2026 14:21
Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir
29 Aprel 2026 12:12
“Əgər məktəbdə iş tərbiyə, nəsihət, psixoloq söhbətindən ötübsə...”
29 Aprel 2026 11:05


Bakı -°C

