adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 18:16
85
İDMAN
A- A+

UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Atletiko" - "Arsenal" matçı (1:1) zamanı qonaqların penaltisinin ləğvinə aydınlıq gətirib.

Adalet.az xəbər verir ki, qurumun açıqlamasına görə, epizodda "Atletiko"nun oyunçusu tərəfindən qayda pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, matçda baş hakim Denni Makkelie əvvəlcə penalti qərarı versə də, VAR müdaxiləsindən sonra fikrini dəyişib.

Xatırladaq ki, UEFA-nın Makkelinin bu qərarını izah edən qısa bəyanatında "Atletiko"nun 17 nömrəli oyunçusu rəqibə qarşı qayda pozuntusuna yol verməyib" sözləri yer alıb. İngiltərənin "Sky Sports" nəşrinin məlumatına görə, UEFA məsələ ilə bağlı əlavə izahat verməkdən imtina edib. Qaydalara əsasən isə, VAR sisteminin müdaxiləsinə yalnız hakimin aşkar səhvi olduğu halda icazə verilir.