Elçin Əmirbəyov İtaliyaya işgüzar səfər edib
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyaya işgüzar səfər edib.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində bu ölkənin baş nazirinin diplomatik müşaviri Fabrizio Saggio, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli, Senatın sədr müavini Lisia Ronzulli, Deputatlar Palatasının sədr müavini Giorgio Mule və Senatın Xarici əlaqələr və müdafiə komitəsinin sədri Maurizio Qasparri ilə görüşlər keçirib.
Səfər zamanı, həmçinin İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun İtaliya tərəfdən üzvləri, eləcə də İtaliya Parlamentinin digər deputatlarının iştirakı ilə işçi nahar təşkil olunub.
Görüşlər zamanı Azərbaycan ilə İtaliya arasında çoxşaxəli strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Siyasi dialoqun daha da gücləndirilməsi, enerji, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, yüksək texnologiyalar və digər perspektivli sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə ikitərəfli gündəlikdə duran digər aktual məsələlər müzakirə olunub. İtaliya tərəfi Azərbaycan ilə müxtəlif sahələrdə formalaşmış səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Azərbaycan və İtaliya arasında ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər və təmasların iki ölkə arasında çoxşaxəli strateji tərəfdaşlığın inkişafında oynadığı vacib rol vurğulanıb. Bu xüsusda İtaliya Respublikasının Baş naziri Giorgia Meloninin cari ilin may ayının əvvəlində Azərbaycana nəzərdə tutulan rəsmi səfərinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb və ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.
Danışıqlar zamanı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin vacib tərkib hissələrindən biri olduğu vurğulanıb. Azərbaycan və İtaliya parlamentləri arasında həm ikitərəfli müstəvidə, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış uğurlu əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə də toxunulub. İtaliya tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, eləcə də Orta Dəhlizin inkişafında, Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində və Mərkəzi Asiyaya çıxış imkanlarının genişləndirilməsində oynadığı mühüm rolu xüsusi vurğulayıb. Hazırkı geosiyasi vəziyyət fonunda Azərbaycan tərəfindən Avropaya, o cümlədən İtaliyaya enerji məhsullarının ixracına marağın daha da artdığı diqqətə çatdırılıb. Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamika İtaliya tərəfindən alqışlanıb və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dəstək ifadə olunub.
Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar, davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, cari il ərzində Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb. İtaliya tərəfi Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərini dəstəklədiyini vurğulayıb və sülh sazişinin yaxın zamanda imzalanacağına ümidvar olduğunu ifadə edib.
Elçin Əmirbəyov səfər çərçivəsində İtaliyanın nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Təşkilatlar Cəmiyyətində (Italian Society for International Organizations) təşkil olunmuş dəyirmi masada çıxış edib, "La Repubblica" qəzetinə və "Formiche" nəşrinə müsahibələr verib.
Digər Xəbərlər
30 Aprel 2026 20:00
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşdü
30 Aprel 2026 13:11
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
30 Aprel 2026 12:51
Əli Əsədov bu nazirliyin kollegiyasının tərkibini dəyişdi
30 Aprel 2026 12:46
Prezident Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışdı
30 Aprel 2026 12:45
"İdmançılarımızda qələbə əzmi çox güclüdür" - Dövlət başçısı
30 Aprel 2026 11:08
Körfəz ölkələrində ABŞ-yə etimad azalır - Politoloq
30 Aprel 2026 10:56
“Buna görə də Tacikistanın bu sahədə Rusiya və Çindən asılılığı var”
30 Aprel 2026 10:51


Bakı -°C

