“Məktəb nizamının pozulmasının birbaşa cəmiyyətə mənfi təsiri danılmazdır”
“Azərbaycan dünyanın ən qısa orta təhsil sistemi olan ölkələrindən biridr. Dövlət İmtaham Mərkəzi (DİM) Buraxılış imtahanlarını mart ayında keçirdiyindən yuxarı sinif şagirdləri məktəbə əlvida deyiblər. Tanışım məktəb direktorlarından biri deyir ki, uşaqları məktəbə gətirə bilmirik. Məcburən məktəb təhsilimi olar? Buraxılış imtahanlarından normal qiymət alan məktəblilərin valideyinləri övladlarının ali məktəbə daxil olması münasibəti ilə banket də düzənləyiblər”.
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.
O, Barak Hüseyn oğlu Obamanın maraqlı bir fikrini təkrar xatırladığını bildirib:
““Bəzi məktəb göstəricilərdə ona görə geridə qalırıq ki, məsələn, bizim uşaqlar hər il Cənubi Koreya uşaqlaraından bir ay az dərs keçirlər." O, amerikanlara belə bir çağırış etdi: "Təkcə məktəbdənkənar proqramları genişləndirmək bəs etmir, həm də məktəb günlərini elə planlaşdırmaq lazımdır ki, dərslər üçün çox vaxt ayrılmış olsun”.
İmtahan sisteminin məktəbi idarə etməsinin fəsadlarını artıq görürük. Yekun qiymətləndirmə proqram və materialların yekununda həyata keçirilməlidirsə hansı elmi əsaslandırma ilə məktəblərdə 2 ay dərslər keçilmir. Bu qərar necə qəbul olunub? Proqram, material bitməmiş imtahan etməyin heç bir məntiqi izahı yoxdur. Dərs ilinin ortasında qiymətləndirmə birbaşa subyektiv yanaşmadır və metodoloji baxımdan doğru deyil. Məktəbin düzənini pozmaq bizə nə vəd verir. Əgər bizim uşaqlar təhsil sistemi inkişaf etmiş ölkələrin uşaqlarından 3 ay az dərsə gedirlərsə, funksional savadsızlığın qarşısının alınması üçün tədbirlər görməliyik”.
E.Əliyevin sözlərinə görə., elə bir vəziyyət yaradıblar ki, uşaqlar məktəbə getməməyə sevinirlər:
“Halbuki məktəb uşaqları maqnit kimi özünə çəkməlidir. DİM-in yaradılmasının 10 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Emin Əmrullayev və Məleykə Abbaszadənin çıxışlarında xeyli giliey-güzar eşitdik. Yəqin ki, gələn il də Elm və təhsil nazirliyinin yaradılmasının 5 illik yubileyi keçiriləcək. Giley-güzarı azaldıb, uşaqları məktəblərə qaytarın! Məktəb nizamının pozulmasının birbaşa cəmiyyətə mənfi təsiri danılmazdır. Orta məktəb şagirdlərinin davranışı bizi çox narahat edir. Məktəbdə baş verən neqativ halların xor şəklində, bilərəkdən valieyinlərin üzərinə yüklənməsi, sübut edir ki, məktəb artıq öz zəruri funksiyalarını çoxdan itirib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Aprel 2026 11:49
Rezidenturaya qəbul imtahanı ilə bağlı VACİB XƏBƏR
30 Aprel 2026 11:06
Günay Əfəndiyeva Ankarada görüşlər keçirdi
30 Aprel 2026 11:04
Ədliyyə Nazirliyi Azərbaycan Universitetində infosessiya keçirib
30 Aprel 2026 09:55
Qəbul imtahanı üçün qeydiyyat bitib
29 Aprel 2026 17:03
Bu məktəblərdə sertifikasiya tətbiq olunacaq
29 Aprel 2026 14:21
Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir
29 Aprel 2026 12:12
“Əgər məktəbdə iş tərbiyə, nəsihət, psixoloq söhbətindən ötübsə...”
29 Aprel 2026 11:05


Bakı -°C

