Bu məktəblərdə sertifikasiya tətbiq olunacaq
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Adalet.az xəbər verir ki, Qanuna əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.
Bununla təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.
Eyni zamanda, sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.
Digər Xəbərlər
30 Aprel 2026 11:49
Rezidenturaya qəbul imtahanı ilə bağlı VACİB XƏBƏR
30 Aprel 2026 11:21
“Məktəb nizamının pozulmasının birbaşa cəmiyyətə mənfi təsiri danılmazdır”
30 Aprel 2026 11:06
Günay Əfəndiyeva Ankarada görüşlər keçirdi
30 Aprel 2026 11:04
Ədliyyə Nazirliyi Azərbaycan Universitetində infosessiya keçirib
30 Aprel 2026 09:55
Qəbul imtahanı üçün qeydiyyat bitib
29 Aprel 2026 14:21
Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir
29 Aprel 2026 12:12
“Əgər məktəbdə iş tərbiyə, nəsihət, psixoloq söhbətindən ötübsə...”
29 Aprel 2026 11:05


Bakı -°C

