IV və VI siniflərdə bəzi fənlər üzrə monitorinq təşkil olunacaq

2025-ci ilin may-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq təşkil olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, monitorinqdə istifadə ediləcək qiymətləndirmə vasitələrinin hazırlanması, qiymətləndir mə vasitələrinin aprobasiyasının aparılmasını monitorinqin nəticələrinin təhlil edilməsini təmin edilməsini Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev), yerli bölmələri tərəfindən monitorinqin təşkil olunmasının koordinasiyasını təmin edilməsi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov), əmrin icrasına nəzarət isə nazir müavini Həsən Həsənliyə həvalə edilib.
Digər Xəbərlər

Hər adama müəllim demək olmaz...

Elektron qəbulda yaranan texniki problemə bağlı AÇIQLAMA

Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək

Məktəblərdə 5 günlük yaz tətili başladı

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirildi

Distant təhsilə dair yeni dövlət standartı qəbul edildi

Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat sabah başa çatır
