01 May 2025 12:16
172
ELM VƏ TƏHSİL

Elektron qəbulda yaranan texniki problemə bağlı AÇIQLAMA

Hazırda 1-ci sinfə elektron qəbul sisteminə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. 

Adalet.az xəbər verir ki, bu barədə MÜTDA-dan bildirilib.

Məlumata görə, texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür.

    "Bu gün sadəcə valideynlərin elektron sistemdə qeydiyyatı prosesi aparılır. Məktəb və müəllim seçiminə 6 may tarixindən etibarən start veriləcək", - məlumatda qeyd olunur .