Venesuelada baş verən ardıcıl iki zəlzələ nəticəsində ölənlərin sayı 1430 nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Ölkənin aparıcı siyasətçilərindən biri olan parlamentin spikeri Xorxe Rodrigez dövlət televiziyasında deyib ki, fəlakət nəticəsində daha 3200 nəfər yaralanıb, 3100 nəfər isə evsiz qalıb.
Qeyd edək ki, çərşənbə axşamı ölkənin şimalında bir dəqiqəlik fasilə ilə baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlərdən sonra xilasedicilər sağ qalanları axtarmağa davam edirlər. Ailələrinin məlumatına görə, ən azı 68.900 nəfər hələ də itkin düşüb.
BMT-nin hesablamalarına görə, zəlzələlər Venesuelanın ÜDM-nin 6%-ni təşkil edən 6,7 milyard dollar ziyana səbəb olub.
Ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez dövlət televiziyasında 14 mindən çox əsgər və polisin zərər çəkmiş ərazilərdə patrul xidməti apardığını, girişin bağlı olduğunu və giriş üçün xüsusi icazələrin tələb olunduğunu açıqlayıb.


Bakı -°C
