adalet.az header logo
  • Bakı -°C

Müğənni: “Anam deyir ki, övladın olsa, belə düşünməzdin”

86 | 2026-06-29 12:05
A- A+

Müğənni Mənzurə Musayeva şəxsi həyatından danışıb.

Adalet.az bildirir ki, o, övladı olmadığı üçün bəzən şükr etdiyini bildirib:

“Həmişə düşünmüşəm ki, övladım olsa çox xoşbəxt qadın olardım.  İndi də xoşbəxtəm. Amma onda çox xoşbəxt olardım. Bir sirrim- sözüm olanda onunla bölüşərdim.  Mən bütün bacı və qardaş balalarını çox istəyirəm. Amma övladın dadı nədir bilmirəm. Mənə qismət olmadı. Həmişə düşünürəm ki, övladım olsaydı eyni mən dediyim kimi olardı. Anam deyir ki, yox,  övladın olsa, belə düşünməzdin. Ancaq bəzi məqamlarda anlayıram ki, bəlkə də övladım olsa, heç xeyirli övlad olmayacaqdı. Mənə zülm edəcəkdi. Məgər azdır övladı sarıdan əziyyət çəkən valideynlər?  Bəlkə də Allahın mənə yazığı gəlib mənə övlad verməyib.  Həmişə bu haqda düşünmüşəm”.

Əntiqə

TƏQVİM / ARXİV