adalet.az header logo
  • Bakı -°C

İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

87 | 2026-06-29 12:28
A- A+

İyunun 30-da Yer kürəsində G1 (zəif səviyyəli) maqnit qasırğasının baş verəcəyi gözlənilir.

Adalet.az-ın kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, iyunun 29-da maqnit qasırğasının yaranma ehtimalı 10 faiz təşkil edir. İyunun 30-da isə bu göstərici 87 faizə yüksələrək Yer maqnit sahəsində zəif dalğalanmaların olacağı proqnozlaşdırılır.ı

Alimlərin proqnozuna əsasən, iyul ayı ərzində maqnitosferin ümumilikdə sabit qalacağı gözlənilir.

TƏQVİM / ARXİV