adalet.az header logo
  • Bakı -°C

Zelenski Türkiyədədir - Ərdoğanla görüşəcək 

111 | 2026-04-04 15:26
A- A+

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq niyyətindədir.

Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

"Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqları planlaşdırılır", - o qeyd edib.

Bununla belə, Nikiforov danışıqların gündəliyini açıqlamayıb. Lakin bəzi Ukrayna mediası qeyd edir ki, söhbət xüsusilə dron əleyhinə vasitələrə dair razılaşmalardan gedəcək.

O əlavə edib ki, səfər çərçivəsində Ukrayna Prezidenti Konstantinopol patriarxı Varfolomeylə də görüşəcək.

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV