adalet.az header logo
  • Bakı -°C

Rusiya-Ukrayna danışıqları Azərbaycanda keçirilsin - Zelenskidən təklif

82 | 2026-04-25 13:49
A- A+

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.

Adalet.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra bəyanatında deyib.

"Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq", - o qeyd edib.

TƏQVİM / ARXİV