"Nyu-York merinin saxta bəyanatları dərhal silinməlidir" - Azərbaycan XİN-dən sərt reaksiya
Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında bildirib.
Ayxan Hacızadə qeyd edib ki, ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.
“Sizin təhrikedici bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və faktları siyasi məqsədlər üçün təhrif edir. 2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkət edib. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri 30 il davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələndi. “Qovulma” iddiaları isə erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır. Xüsusilə narahatedicidir ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qırğınları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzdən gələrək birtərəfli narrativləri təbliğ edir. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”, - XİN rəsmisi vurğulayıb.
Digər Xəbərlər
25 Aprel 2026 16:01
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalandı
25 Aprel 2026 15:53
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
25 Aprel 2026 14:24
"Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik" - Ukrayna Prezidenti
25 Aprel 2026 14:12
Zelenski İlham Əliyevə təşəkkür etdi
25 Aprel 2026 13:55
İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir
25 Aprel 2026 13:49
Rusiya-Ukrayna danışıqları Azərbaycanda keçirilsin - Zelenskidən təklif
25 Aprel 2026 13:47
İlham Əliyev SOCAR-ın Ukraynadakı fəaliyyətindən danışdı
25 Aprel 2026 13:45


Bakı -°C

