Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya kralı III Karl tərəfindən qəbul zamanı ona ölkəsindəki vəziyyət və aktual çağırışlar barədə məlumat verib.
Adalet.az-ın Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.
"Ukraynanın dövlət başçısı ölkə xalqının dəstəklənməsində nümayiş etdirilən sabit mövqeyə görə krala və bütün Birləşmiş Krallığa təşəkkürünü bildirib", - məlumatda qeyd olunub.
Bundan başqa, V.Zelenski şahzadə Annanın bu yaxınlarda Kiyevə səfərini və onun müharibədən zərər çəkmiş uşaqları və ailələri əhatə edən vacib humanitar missiyasını qeyd edib.


Bakı -°C 
























