adalet.az header logo
  • Bakı 18°C

YENƏ İTLİ-PİŞİKLİ TÖKÜLÜB GƏLİBLƏR ERMƏNİSTANA - Aqil ABBAS yazır

AQİL ABBAS
467 | 2022-10-20 13:47

30 il Qarabağda şəhərlərimiz, kəndlərimiz, abidələrimiz, məscidlərimiz, məbədlərimiz darmadağın edildi, yerlə-yeksan oldu. Bir milyon adam Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində yurd-yuvalarından oldular, qaçqın düşdülər, Xocalıda, Ağdabanda, Qaradağlıda, Kuropatkində və sair və ilaxır soyqırıma məruz qaldılar. Avropada bir it oğlu, bir it küçüyü də səsini çıxarmadı. Əksinə, işğalçılara dayaq oldular.

İndi itli-pişikli bir sürü Avropadan müşahidəçi adı ilə tökülüb gəliblər Ermənistana və Azərbaycanla sərhəd bölgələrini gəzirlər. Avropadan gələnlər də elə ah-ufla danışırlar ki, öəlkə heç dədələri öləndə belə qəmgin görünməyib.

Ermənilər onlara nə göstərir?Cermux şəhərində pəncərələri, şüşələri qırılmış evləri, bölgədə son 30 ildə yapdıqları və dünyaya tarixi abidə kimi sırıdıqları xaçları. O xaçları ki, bəlkə də çoxlarını özləri qırıb və sair və ilaxır. İndi bu gələnlər gedib Avropada bir ağlaşma quracaqlar ki.

İstəyirəm yazam ki, it itin ayağını basdamadığı kimi, avropalılar da heç vaxt Ermənistanın ayağını tapdamaz. Amma qorxuram yazmağa, qorxuram ki, saytımızı bloklayarlar, ona görə də yazmıram. Qoy cəhənnəm olsunlar.

Məsələ odur ki, bu gələnlərin içində keçmiş hərbçilər də var. İndi onlar vaxtilə Ağdamda, Füzulidə, Ağdərədə tikdikləri istehkamı yəqin indi sərhəd bölgəsində tikəcəklər. Amma xeyiri yoxdu.

Ermənistan sülh danışıqlarından qaçıb ona zəhər daşıyan kərtənkələlərə güvənib yenidən müharibəyə başlasa, bu dəfə öz dövlətçiliyini itirə bilər. Özü də olmayan dövlətçiliyini. Bir dövlət ki öz sərhədlərini özü qoruya bilmir, o dövlət deyil, Rusiyanın dediyi kimi, forpostdu, Makronun da dediyi kimi, ayıbı çöldə qalmış bayıssıdı.

Bu yerdə yadıma Əziz Nesinin «Apona sərgisi» adlı məşhur hekayəsi düşdü. Bir qəzetdə səhvən Avropadan gələn nümayəndə heyətinin şəklinin altında belə yazılıbmış: «Sərgiyə göndərdiyimiz cins inəklər».

Ona görə də mən Avropadan gələnlərin şəklini çap eləmədim ki, birdən çaşıb yazaram ki: «Avropadan Ermənistana gəlmiş cins buğalar».

TƏQVİM / ARXİV