adalet.az header logo
  • Bakı -°C

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

74 | 2026-01-13 17:05
A- A+

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub. 

Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV