Xanəndə Pərviz Qasımov həmkarlarına göstərdiyi dəstəkdən danışıb.
Adalet.az bildirir ki, xanəndə Azərbaycan musiqisinə və ifaçılara hər zaman xüsusi diqqət ayırdığını bildirib:
“Mən hər zaman sənətkarlara böyük dəstək olmuşam. Xalq artistləri də daxil olmaqla bir çox sənət adamlarının əməliyyatlarına kömək etmişəm. Bunu efirdə deməyi sevməmişəm, amma kimin nəyə ehtiyacı olubsa, istər pandemiya dövründə, istərsə də sonrasında hər zaman yanında olmuşam. Çünki Azərbaycan musiqisini, xalqımızı və bayrağımızı təmsil edən sənətkarlar bizim baş tacımızdır”.
Əntiqə


Bakı -°C
