adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

ÜMİD

FƏRİDƏ RƏHİMLİ
48257 | 2018-06-22 17:29

Ana, hardasan? Niyə gəlmirsən? Mən bilirəm, sənməni çox sevirsən. Lap çox! İstəyərək buraxmazsan məni. Doqquz ay birlikdə, sənəbağlı yaşadım. Hey mənimlə söhbət edib gözəl xəyallar qurdun, dünyaya gələrsəmhər şeyin daha gözəl olacağını, qardaşlarımla, səninlə, atamla xoşbəxt bir ailətablosu yaradacağımızı deyirdin. Nooldu bizə, ana? Ayrı düşməmizin səbəbi kimdir? Sən yalandanışmazdın, niyə bu qədər əziyyət çəkirəm bu dünyaya gələr-gəlməz?

Hər şey mən dünyaya gəlməmişdən dörd gün öncəbaşladı, bunu hiss edirdim. Mənimlə həkiminə getdin, baxdı, hər şey yaxşıdı, -dedi. Mən etiraz etdim, səsimi duymadınız. Mən getmə, ana, o düz demir, burdaqalaq, məni xilas edin, - demək istədim. Doktorun, hər şey yaxşıdı - deyincə mənieşitmədin, evə döndün və bu hala gəldik. Kaş ki, məni duysaydın, dinləsəydin,ana! Kaş ki, özünü də, məni də savadsız, vicdansızların ümidinə buraxmasaydın!

Dünyaya gəlişimlə əzabımız başladı. Sənin qaniçindəki halın gözlərim önündədi hələ. Mən sənin üçün qorxdum, mənim üzümdən həyatınıitirməndən qorxdum. Amma sən də qan içində ikən məni düşünürdün, onu xilasedin, deyə həkimlərə yalvarırdın. Həkiminin mənə baxan tibb işçisinə: onuburax, ona uje eks, deyincə sən göz yaşlarıyla - buraxmayın, - dedin və tibb işçisi həkimin sözünə əhəmiyyətverməyib mənimlə məşğul oldu. Nəfəsim kəsilmişdi, çapalayırdım. Sonra taqətsizqaldım, amma təslim olmadım ana, sənə görə, mənsiz havalanarsan deyə, mənimləbağlı xəyalların puç olmasın deyə dirəndim. Amma mən çox balacayam axı, gücüm buqədərinə çatdı. Məni xilas etmək istəyən xalanın sənə də, mənə də yazığı gəldi,bir də vicdanının səsini dinlədi. Hələ o əmi! Qorxma, xilas edəcəyik qızını, kəlməsiyləsənin sapdan asılı qalmış ümidini göyərtdi. Sağ olsun.

Nəfəs alabilmirdim. Qardaşımın yuxusu çin çıxmışdı, ağzım qanla dolmuşdu. Nəfəs aldıqcaağciyərlərimə qədər qan və su dolmuşdu. Həkim xalanın laqeydcəsinə bizdə küvez yoxdur, – deməsi səni dəhşətəgətirdi. Küvez nədir ilk dəfə orda eşitmişdim. Amma məni səndən ayırıb başqaxəstəxanaya aparanda onun nə olduğunu anladım. Müstəqilşəkildə nəfəs ala bilməyən uşaqları dərhal xüsusi küvezə yerləşdirirmişlər. Küvezağciyərlərin süni ventilyasiya sistemi ilə təchiz olunur və apparat müəyyənmüddət ərzində (müstəqil nəfəsalması mümkün olana kimi) uşağın əvəzinə"nəfəs alır". Küvezdə daimi temperatur və rütubət saxlanılır, ana,sənin bətninə yaxın olan şərait yaradılsa da səndəki kimi rahat deyil burdamənə!

Çoxsaylı cihazlar orqanizmimizdəolan bütün proseslərə (nəbz, nəfəsalma tezliyi, qanda oksigenin səviyyəsi vəs.) nəzarət edir və lazım olduqda həkimlərə həyacan siqnalı verir. Amma səninzümzümən kimi deyil o apparatların səsi, bezdirib məni. Mən səni dinləməkistəyirəm, ana! Hər yerimi insafsızcasına deşik-deşik ediblər – qolum, ayağım,dabanım iynə yerindən göyərib. Görsən dözə bilməzsən. Yaxşı ki, səni hələburaxmırlar xəstəxanadan. Yaxşılaşım, sonra gəl, o vaxta qədər sən dəyaxşılaşarsan. Amma burdakı xalalar mənim üçün "öləcək” deyirlər, "şikəstolacaq”, "gözləri kor olacaq”, "beyin ölür”deyirlər. İnanma, ana, yaxşımı! Mənbir tək sənə inanıram. Bir də bizi yaradana! Dua elə, qorxma,mən səni tərketməyəcəm! Burdakı xalaları mən, ya da yanımdakı köməksiz uşaqlarmaraqlandırmır. Onlar qazanc mənbəyi kimi görürlər bizi. Sağalmamızıarzuladıqları da muştuluq almaları üçündür. Məni qızdırma içində yanan biruşaqla yan-yana qoymuşdular. O qədər istiliyi vardı ki, hətta üstümə atılmışbezdən belə hiss edirdim atəşini. Amma bunların böyüklərinə tapşırıldığım üçün -baş həkim başqa xəstəxanalardan həkim göndərəndə, o gələnə qədər yanımdangötürdülər o uşağı. İndi tək yatıram yerim genişdi. Bir tək sən gəlsən, hər şeyyaxşı olacaq. Sən yaxşı ol, ümidini üzmə ki, mən də sənə güvənib sağalım, yoxsabu bədxəbərlərin içində ümidim üzüləcək.

Sənə ehtiyacım var, ana, budünyada məni qoruyan tək mələk!


TƏQVİM / ARXİV