Artıq bir il yeddi aydır davam edən Rusiya-Ukrayna müharibəsi həm hər iki tərəfi, həm də ABŞ başda olmaqla Qərb ölkələrini "bezdirib". Bu ölkələrin hamısı müharibənin tezliklə bitməsini "istəyir".
Maraqlı dövlətlərin hamısı üzdə Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə davam etdirilnəsinə tərəgdar olduqlarını bəyan etsələr də, əməldə bunun əksi müşahidə olunur.
ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar əminfir ki, əgər Rusiya danışıqlar təklifini qəbul edərsə Ukrayna məsələnin danışıqlar yolu ilə həll olunması ilə razılaşar.
Blinken qeyd edib ki, Vaşinqton bu məsələdə Kiyevi dəsyəkləməyə və danışıqlara qoşulmağa hazırdır. Dövlət katibi əlavə edib ki, münaqişə Ukraynanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla, ədalətli və dayanıqlı şərtlərə dayandırılmalıdır.
Məsələnin qəlizliyi də elə bundadır ki, Ukrayna danışıqlar masasına rus qoşunlarının Krım yarımadası da daxil olmaqla Ukraynanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərindən çıxarılması şərti ilə oturacağını bəyan edib, Rusiya isə əksinə, Krım yarımadasıda daxil olmaqla işğal etdiyi və artıq Rusiyaya "birləşdirdiyi" ərazılərin tanınması şərtləti ilə danışıqlar masasına oturacağını bəyan edib.
Yəni görünən odur ki, bu müharibə sonsuzluğa qədər davam edəcək, yalnız tərəflərin birinin məğlubiyyəti ilə başa çatmasından sonra dayandırıla biləcək...
Bir tərəfdə Rusiya və ona gizli də olsa hərbi dəstək verən İran və Çin, digər tərəfdə isə, ABŞ və Avropa dövlətləri. Arada məhv olan Ukrayna vətəndaşları, Ukraynanın şəhər və kəndləri, Ukraynanın infrasyrukturları və s.
Əslində məlumdur ki, müharibə Ukrayna ərazilərində getsə də, münaqişə tərəfləri NATO (ABŞ) və Rusiyadır. Müqavimət göstərən tərəf Ukrayna silahlı qüvvələrinin əsgərləri olsalar da, hərbi texnika, silah-sursat NATO ölkələrinin təminatıdır. Yəni NATO-nun rəsmi olaraq özü olmasa da, "barmağı" öz işini görməkdədir.
Bir sözlə, tərəflər beynəlxalq ictimayyətə özlərini, məsələnin danışıqlar yolu ilə həll olunmasına tərəfdar olduqlarını "nümayiş" etdirməyə çalışsalar da, görünən odur ki, münaqişğnin diplomatik yolla həll olunmasında nə Moskvanın, nə də Kiyevin (Vaşinqtonun) marağı yoxdur.