UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı

182 | 2025-10-15 18:14

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırıb.

Adalet.az xəbər verir ki, asiyalılar 8750 avro məbləğində cərimələnib.

Buna səbəb 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - İngiltərə (0:2) oyununda yaşananlardır.

Sentyabrın 8-də baş tutan qarşılaşmada meydana azarkeşlərin daxil olmasına görə quruma 1250 avro cərimə tətbiq edilib. Federasiya görüşün gec başlaması üzündən daha 7500 avro ödəməyə məcbur edilib.

TƏQVİM / ARXİV