adalet.az header logo
  • Bakı -°C

"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi

101 | 2026-08-03 19:51
A- A+

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. 

Adalet.az xəbər verir ki, "Gənclərbirliyi" ilə qarşılaşan bölgə təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Komandanın heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.

Qeyd edək ki, "Turan Tovuz" Ankara hazırlığı çərçivəsində daha öncə İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə  və  hər iki oyun 1:1 hesabı ilə başa çatıb. Həmçinin Tovuz təmsilçisi Türkiyənin "Iğdır" klubu ilə gücünü sınayıb və 1:0 hesabı ilə qalib gəlib.

TƏQVİM / ARXİV