adalet.az header logo
  • Bakı -°C

İtaliya qanunsuz miqrantları Ermənistana göndərmək istəyir

109 | 2026-08-03 20:36
A- A+

İtaliya Avropa İttifaqına Albaniya modelinə əsaslanan təhlükəsiz üçüncü ölkələrdə yeni miqrantların qaytarılması mərkəzlərinin yaradılması planını təqdim edəcək.

Adalet.az xəbər verir ki, xüsusilə, Roma, sığınacaq müraciətləri və immiqrasiya sənədləri işlənərkən Aİ-yə qanunsuz olaraq gələn xarici vətəndaşların təhlükəsiz üçüncü ölkələrə çıxarılması üçün mərkəzlərin yaradılmasını təklif edir.

İlkin siyahıya bir neçə Afrika ölkəsi və ənənəvi miqrasiya marşrutlarından kənarda yerləşən bəzi ölkələr daxildir. Potensial namizədlər arasında Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, Efiopiya, Özbəkistan, Ermənistan və Monteneqro var.

Təklif 4 avqustda Daxili İşlər Naziri Matteo Piantedosi tərəfindən Avropa İttifaqı Daxili İşlər Nazirləri Şurasının fövqəladə iclasında təqdim ediləcək.

Görüş, son günlərdə 70.000-ə qədər miqrantın muxtar İspaniya ərazisinə zorla daxil olduğu Seuta şəhərində baş verən miqrant böhranından sonra təşkil olunacaq. "Biz immiqrasiya ilə bağlı ortaq bir strategiya hazırlamalıyıq. İtaliya Danimarka hökuməti ilə birlikdə, miqrantların geri qayıtmasını sürətləndirməklə Aİ-nin Miqrasiya və Sığınacaq Paktının həyata keçirilməsini təmin etmək üçün bu görüşü tələb edib", - deyə xarici işlər naziri Antonio Tajani bildirib.

Məqsəd, mənşə və tranzit ölkələri ilə əməkdaşlığa əsaslanaraq, qeyri-qanuni miqrantları idarə etmək və geri qaytarmaq üçün Avropa İttifaqından kənarda mərkəzlər şəbəkəsi yaratmaqdır.

İtaliyanın təklifinə görə, yeni mərkəzlər Aİ vəsaitləri hesabına maliyyələşdiriləcək.

Roma, həmçinin, bu ilin əvvəlində təsdiq edilmiş və 1 yanvar 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılan Ümumi Üstünlüklər Sisteminin (GSP+) daha sərt tətbiqini tələb edəcək.

Sistem inkişaf etməkdə olan ölkələrə verilən ticarət güzəştlərini və tarif endirimlərini Avropaya qanunsuz daxil olmaq və ya qalmaq istəyən vətəndaşların geri qəbulu sahəsindəki əməkdaşlığı ilə əlaqələndirir.

Məqsəd miqrantların və sığınacaq axtaranların geri qayıtmasını asanlaşdırmaq və dəstəkləmək üçün mövcud alətləri, bu miqrantların mənşə ölkələri ilə əməkdaşlığı gücləndirməkdir.

TƏQVİM / ARXİV