adalet.az header logo
  • Bakı -°C

Tramp yenidən İran rəhbərliyinə sərt mesaj verdi

80 | 2026-03-13 11:57
A- A+

ABŞ prezidenti Donald Tramp növbəti dəfə İrana sərt mesaj ötürüb. 

Adalet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. 

Belə ki, Tramp ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatların 14-cü günündə Tehranın rəhbərliyini sərt tənqid edib.

"Bənzəri olmayan atəş gücünə, sonsuz sursata və kifayət qədər zamana sahibik. Bu insanların başına bu gün nə gələcəyini izləyin", - deyə o paylaşımında bildirib. 

Qeyd olunur ki, Tramp İranın hərbi və iqtisadi imkanlarının ciddi şəkildə zəiflədildiyini iddia edib. Onun sözlərinə görə, İran donanması məhv edilib, hava qüvvələri və PUA potensialı isə böyük ölçüdə sıradan çıxarılıb.

ABŞ prezidenti, həmçinin İran rəhbərliyindəki bəzi şəxslərin də zərərsizləşdirildiyini irəli sürüb.

  • Mart:
  • 6

TƏQVİM / ARXİV