"NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyim çox məhsuldar görüşə əsasən, Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın çərçivəsini formalaşdırdıq”.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, fevralın birində qüvvəyə minməsi planlaşdırılan tarifləri tətbiq etməyəcəyək.
“Bu həll yolu tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla olacaq. Qrenlandiya məsələsi çərçivəsində “Qızıl qübbə” ilə bağlı əlavə müzakirələr aparılır. Müzakirələr irəlilədikcə əlavə məlumatlar təqdim ediləcək. Vitse-prezident C.D. Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff danışıqlara cavabdeh olacaqlar”, - deyə Tramp əlavə edib.
Yazarın digər yazarlar
Bakının bu yollarında tıxac var - SİYAHI
"Qarabağ"ın baş məşqçisi: "Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib"
İlham Əliyev Davosda "Vitol" şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTOLAR


Bakı -°C
