“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.
Adalet.az xəbər verir ki, o, Almaniyanın “Ayntraxt” komandası ilə matçın 90+4-cü dəqiqəsində diqqət mərkəzinə düşüb.
28 yaşlı müdafiəçinin qolu təmsilçimiz üçün həlledici olub.
Xatırladaq ki, görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.
Yazarın digər yazarlar
Bakının bu yollarında tıxac var - SİYAHI
"Qarabağ"ın baş məşqçisi: "Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib"
İlham Əliyev Davosda "Vitol" şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTOLAR


Bakı -°C
