adalet.az header logo
  • Bakı -°C

"Terror təhlükəsinin tezliklə aradan qaldırılacağına ümid edirəm" - TBMM sədri

110 | 2026-06-27 17:36
A- A+

"Daxili və xarici amillər təkcə Türkiyədə deyil, həm də bütövlükdə regionda terror təhlükəsinin sürətlə aradan qaldırılmasına töhfə verir. Ümid edirəm ki, bir il ərzində bu məsələ qonşu ölkələrin gündəliyində olmayacaq".

Adalet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş yerli televiziya kanalında bildiirb.

O, “Terrorsuz Türkiyə” prosesini 2023-cü ildə başlayacağı elan edilən “Türk əsri”nin ilk illərində ən vacib məsələ adlandırıb.

“Təkcə rəsmi rəqəmlərə görə, terrorla mübarizənin onillikləri ərzində Türkiyəyə dəyən ziyan 1,3 trilyon dollar təşkil edib. Faktiki itkilər ikiqat çox ola bilər. Bu təhlükənin aradan qaldırılması, şübhəsiz ki, ölkənin inkişafı üçün güclü stimul olacaq”, - deyə Türkiyə parlamentinin sədri bildirib.

Eyni zamanda, N. Kurtulmuş Türkiyə hökumət qurumlarının PKK terror problemi ilə bağlı heç bir güzəştə getmədiyini vurğulayıb: “Yaraqlılar təkcə tərk-silah edilməməli, həm də ideoloji cəhətdən cinayətkar mübarizədən imtina etməlidirlər”.

TƏQVİM / ARXİV