Tənhalıq simfoniyası - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
551 | 2024-09-19 16:08

Hər bir insan fərd olaraq zaman-zaman sınanır. Bu sınaq bütün müstəvilərdə baş verir. Ona görə də konkret sınaq meydanı hər kəsin öz alın yazısından, öz taleyindən gəlib keçir. Yəni, hansı sahədə və nəyə, niyə görə sınanırsansa meydan da ona uyğun olur. Bu mənada mən öz ömür kitabımı bəlkə də gündə min dəfə vərəqləyirəm. Hər vərəqdə də özüm özümü iddiham edirəm. Çünki etdiyim günahlar, çəkdiyim ahlar yerdən-göyə körpüdür. Ona görə də o körpünün üstündə dayanıb aşağıdan yuxarı və yaxud da tərsinə baxanda əlim heç yana çatmır. Çünki o körpünün özü də boşluqdur, dayandığım yer kimi. Elə indiki anın özündə də bir boşluqda dayanmışam və nə isə gözləyirəm, kiməsə getməyə tələsirəm. Ona görə də bu körpü vağzalda, bu ömür yolunun bir nöqtəsində özüm-özümə pıçıldayıram:

 

Vağzalda …

lap dəqiqi

perronda dayanmışam…

Qayğılı,

tüstülənən  siqaretimlə tək…

Bunu yazmıramki,

oxusunlar…acısınlar…

ya da sən  oxu

fikirçək…

Sadəcə

istəyirəmki,

özümü

möhkəm  tutum

və  qəhəri unudum!

Çünki,

yolasalan  yoxdursa,

qarşılayan da olmayacaq

demək!

Görünür

elə bu  səbəbdəndə

ürəyim

tənhalığım üçün

hər  an,

hər  gün

şumlanıb  lək-lək…

Eh…son bu imiş –

sevgisizlik…fələk!..

 

Bəli, Azərbaycanın  çox  dəyərli  şairlərindən, söz  adamlarından  biri  olan  Çingiz  Əlioğlunun   oxuduğum «Vağzallar» şeiri də burda  mənim  hayıma  çatmır. Ona görəki, tənhalıq, təklik  daha  güclüdür, daha dizi bərkdir, daha  ağır  yumruqludur. Ona qarşı  çıxmaq  təkbaşına  mümkün  deyil. Və  sən də  uzatdığım  əli  havada  saxlayırsan. Deməli, əlim  ətəkdən də  tuta  bilmir, əldəndə…

Deyə  bilərsənki, bu  dünya  təkcə  kiminsə  duyğularından, hislərindən, yaşamından  ibarət  deyil. Əgər  belə  olsaydı   bütün  dünyaya  bəlliolan  əbəd  sevgilər  nağı  kimi, dastan kimi qalmazdı. Gerçəkliyin  özü  olardı  və biz də  hər gün  onunla  qarşılaşardıq. Neyləmək  olarki, bizim  istəyimi   dünyanın  istəyi  deyil, ona  görədə  düz  gəlmir  və…

Əvvəldə dedimki, bir  fərd  olaraq  hər  birimiz  öz  qədərimizi  yaşayırıq, öz  kədərimizi  daşıyırıq, öz  sevincimiz  iböyütməyə, süsləndirməyə cəhd  edirik. Təbiiki, belə də olmalıdı. Axı  ömür  bir  dəfə  verilir  və  onun  ölçüsü məlum  deyil. «Ol»-dan «Öl»-ə qədərdi  məsafə. Bir an da ola  bilər, yüz il də. Və  bu  məsafənin  içərisində  boşuna  xərclədiyimiz, sağa, sola səpdiyimiz  günlər, aylar, illər var, olub  və  olacaqdı da. Ona görə ki, biz hər şeyi  sonradan  qiymətləndirməyə, dəyərləndirməyə  öyrəşmişik. Ox yaydan  çıxandan  sonra  təəssüf  etmək vərdişimiz  danılmazdı. Məhz  bu dediklərimə  söykənərək  bir  məqama  yenidən  qayıtmaq  istəyirəm. O da mənim  yaşadığım  daxili  təklik, daxili  tənhalıq…bir  də   sənin  həyatımdakı   izlərin... Bunu  isə  bir Allah bilir, bir  də sən... Allaha  duam  çatmır, sənə  isə əlim. Və  deməli  bu  tənhalıq  mənim  qədərim, alın  yazım  olduğu   danılmazdı.     Ona görə  də  mən    sənə  üz  tutaraq  ürəyimin  istəyini bir  pıçıldayıram:  

Bir gilə göz yaşına

büküb məni at küncə…

O, küncə nəzər yetir –

Gülüm, yatmazda  nöncə…

 

Yuxuna  layla  kimi

Səpiləcək  bu  halım…

Cavabını  alacaq –

Sevirsənmi? – sualım…

 

Yastığına  damandan

Üşənəcək otağın…

Göynəyəcək  yanağın –

Buzlayacaq  yatağın…

 

Beləcə  aparacaq

Yuxusən  iözüylə…

Yat, amma  gör  yuxumu –

Əbülfətin  gözüylə!

 

İndi payızın  addım  səsləri  duyulur. Yarpaq  tökümünün  həniri  özünü çatdırır, hiss etdirir. Burda  bir  ədalət  prinsipi var. Yəni zaman hakimdir. Bizim  istəyimizdən  asılı  olmayaraq  vaxt  öz  işini  görür, fəsillər  bir-birini  əvəzedir. Deməli, yazın  gəlişinə  sevinən bəndə  payızın  nəfəsin  duyduqca  kövrəlməyə  başlayır. Bu, obrazlı  ifadə  olsa da, daxilində  bir  gerçəklik  hakimdi. Gerçəkliyi  də  insan  özü  yaradır, yəni biz özümüzüçün bunu normal bir  şəkildə  qəbul etmişik. Və  ömrümüzün  payızını  elə  saralan  yarpaqlara  bənzədərək  yavaş-yavaş  üzüqışa, özü də  hardasa  dirəşərək, tələsmədən  getmişik. Bizim  tələsib-tələsməməyimiz  isə  heç  nəyə  yaramayıb. Yenə  təkrar  edirəm:

- Zamanı  durdurmaq  mümkün  deyil. Mən zaman ölçülərini  heçnəyə  bənzədə  bilmirəm. Heç  kimin  ömürlüyünə  uyğunlaşdırmaq  gücüm də  yoxdur. Bircə  özümdən  və  sevgimdən  başqa. Çünki  sevgi  bu  zamanın  özü  boydadır. Onun mənimlə hər anımda  və  gerçək  bir şəkildə  təmasda  olması  danılmazdı. Dünənimdə də, bugünümdə də, əgər var olsam  sabahımda da olacaq. Bu inamı mənə  Tanrım  verib. Bilirəm  ki, Tanrının  verdiyini  d  yalnız  Tanrı ala bilər. Haqdan  gələnin qarşısında bütün  varlığımla  dayanıb  onu  qarşılamaqla  yanaşı  onu  yaşatmağı da bu  günə  qədər  bacarmışam  və…

Mən  özümdən, sözümdən  həmişə  incik  olsam da, bircə  nöqtədə  özümü də, sözümü də  günahsız  görürəm. O da səni  düşünmək, səndən  yazmaqdı. Deyə  bilərsən ki, bütün  yazdıqlarında  varamsa, deməli  məni  düşünmədiyin an yoxdur. Bəli, bu  həqiqətdir  və  elə  həqiqə  olduğuna  görə  sən də   heç   olmasa  gününün, ayının, ilinin bir anın da məni  düşün. Mənim  nə  çəkdiyimi, necə  yaşadığımı  dəyərləndir, mənə  görə  yox, özünə  və  sevginə  görə…

Hə, gəlimli-gedimli  dünyanın  hər  üzünü  görüb  tanıya-tanıya  yaşlaşırıq  və  elə  bilirik  ki, sabah  bugündən  hansısa  bir  mənada  bizim  üçü  daha  yaxşı  olacaq. Bu bir  düşüncədi, bir  istəkdi, bir  xəyaldı. Gerçəkdə  isə  bizim  istəklərimiz  elə  tumurcuq da  solur, çiçək  açmır. Bu, ümidsizlik  deyil. Bu, mənim  sənə  çatdırmaq  istədiyim  duyğularımın  bir  ləçəyidi. Əgər  oxşamaq, toxunmaq  istəsən, aç əlini. Amma elə et ki, gözlərindən o ləçəyə  şeh  düşməsin…

…Ürəyindəkilərin  səsini  kağıza  köçürə  bilmirəm, rəsmini  çəkməyə  gücüm  çatmır. Amma özümü  cəmləyib  indiki  anda   sənə  bunu  pıçıldayıram:

 

Ayağını  şeh  öpürsə

nə  gözəl!..

Yanağını meh öpürsə –

nə  gözəl!..

 

Saçlarına  külək  daraq,

Qələminə  ürək  varaq…

DilinəYar  sözü  yaraq –

nə  gözəl!..

 

Baxışına  Günəş  çəpər –

Olub, alıb  səndən  təpər,

Baxışından o nur  səpər –

nə  gözəl!..

 

Varlığına  səcdə  varsa,

Səcdəgah Allah, həm yarsa…

Məni  busevgi  aparsa –

nə  gözəl!..

Hə, mən bu yazını bilgisayara diktə  edərkən  elə  bildimki, hardasa  özümdaha  tək  deyiləm.... Amma yazıya  nöqtə  qoyanda  gördümki, yenə  birlikdəyik. ..Yenə  sən  məndəsən. Mən isə…tənha.

 

TƏQVİM / ARXİV