İtaliya təmsilçisi "Yuventus" Türkiyə millisinin futbolçusu Kənan Yıldızla müqavilə müddətini artıracaq.
Adalet.az xəbər verir ki, bu barədə "La Gazetta della Sport" nəşri məlumat yayıb.
20 yaşlı hücumçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub. Müqavilə şərtlərinə əsasən onun maaşı 1,5 milyon avrodan 4 milyon avroya qədər yüksələcək.
Qeyd edək ki, ötən mövsüm "Yuventus"un heyətində 48 oyuna çıxan K.Yıldız 9 qol vurub və 7 assistə imza atıb.