adalet.az header logo
  • Bakı -°C

Təbrizdə Azərbaycan türkcəsində "Əlifba mahnıları" kitabı çapdan çıxıb

112 | 2025-11-19 17:57
A- A+

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Azərbaycan türkcəsində "Əlifba mahnıları" kitabı çapdan çıxıb.

Adalet.az-ın "Report"a istinadən məlumatına görə, kitabdakı şeirlərin müəllifi Solmaz Həsənpur, Laçın Rzayi, Məcid Əzmidir.

Məlumata görə, şəkillər Ümid Niyayeşindir. Kitabın redaktoru Məcid Əzmidir.

"Əlifba mahnıları" Təbriz şəhərində "Əxtər" ("Ulduz") nəşriyyatında çap olunub.

Məlumata görə, kitab 36 səhifə, 1000 nüsxədən ibarətdir. Onun çapına İran İslam Respublikası Mədəniyyət Nazirliyinin Şərqi Azərbaycan idarəsi lisenziya verib.

TƏQVİM / ARXİV