Bu il əksər fermerlər və kənd adamları minlərlə hektar sahədə sahədə taxıl əkmişdi. Onlar düşünürdülər ki, ötən ildəkindən də yüksək məhsuldarlıq əldə edəcəklər. Amma hər şey gözlənilənlərin əksinə olub!
Çünki bir çox fermerlər 2025- cı ildə hər hektar sahədən 32- 35 sentner taxıl götürüblər! Bu da maya dəyəri çıxarmaqla yanaşı, əlavə gəlir əldə etmək deməkdir.2026- cı ildə məhsuldarlığın aşa əsinə səbəb fasiləsiz və leysan yağışların, eləcə də dolunun yağmasıdır.
Qeyri - sabit hava şəraiti təbii ki, taxılçılığa çox böyük ziyan vurub. Bununla yanaşı, kombaynların vaxtında biçməməsi də , bu və ya digər formada məhsuldarlığa mənfi təsir edib.Belə qeyri-sabit hava şəraitində əksər fermerlər heç əkdikləri toxumun maya dəyərin çıxara bilməyiblər.
Ötən il Füzuli rayonunda bir fermer hər hektar taxıl sahəsindən 35 sentner taxıl götürdüyü halda,bu il 10 sentner taxıl əldə edib! Bu isə heç məhsulun maya dəyərin eləmir, o ki, qala qazanc qazanasan! Deməli, bir də hər şey hava şəraitindən asılıdır! Hava şəraiti imkan versəydi, heç şübhəsiz ki, yüksək məhsuldar nəticə qazanmaq olardı! Amma heyf ki, hava şəraiti buna imkan vermədi!!!
Emil FAİQOĞLU


Bakı -°C
